Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

Paytaxtda Dilarə Əliyeva küçəsi 243 ünvanında yerləşən çərəz mağazasında oğurluq hadisəsi baş verib.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, mağazaya gələn kişi bir müddət məhsullara baxdıqdan sonra Makadamiya fındığını götürərək pulunu ödəmədən ərazidən uzaqlaşıb.

Əldə etdiyimiz məlumata görə, paytaxtın Nəsimi rayonunda baş verən oğurluq hadisəsi ilə bağlı ərazi polis şöbəsinə vətəndaş müraciəti daxil olub. Əməli törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

Instagram paylaşımıinstagram.com/reel/DfL-ZxyKPhP/