Ağcabədidə 3 avtomobil toqquşdu – Video

Ağcabədi şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ilə bağlı videogörüntülər yayılıb.

Bildirilib ki, VAZ-2107 markalı, 10-UA-397 dövlət nömrə nişanlı, VAZ-2106 markalı, 90-BJ-042 dövlət nömrə nişanlı və KIA markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb. Ölən olmayıb. (Oxu.az)