Parisdə polis əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilən etiraz aksiyasının iştirakçılarına gözyaşardıcı qaz tətbiq edib.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, hadisə nümayişin başa çatması zamanı, etirazçıların yürüşü paytaxtın şərq kənarında yerləşən Port-de-Şaranton ərazisindəki son nöqtəyə çatdıqda baş verib. Radikal əhval-ruhiyyəli iştirakçılar polisə daş və butulkalar atmağa başlayıblar. Buna cavab olaraq polis gözyaşardıcı qazdan istifadə edib.
Oktyabrın 29-da Fransa Prezidenti Emmanuel Makron 17 yaşında olsaydı, etiraz aksiyalarına qatılıb-qatılmayacağı ilə bağlı sualla qəfil qarşılaşıb. Siyasətçi əlavə edib ki, insan hakimiyyətin müəyyən məsələlərlə bağlı qərarları ilə razılaşmadığını ifadə edə bilər, lakin bunun üçün mütləq etiraz aksiyalarına çıxması vacib deyil.