Dövlət investisiyaları iki dəfə artırılır: 5,3 milyard manat hara xərclənəcək? - Foto

2027-ci ildə Azərbaycanda dövlət investisiya xərclərinin təxminən iki dəfə artırılaraq 5.3 milyard manata çatdırılması nəzərdə tutulur. Büdcə vəsaitinin bu istiqamətdə əhəmiyyətli dərəcədə artırılması onun hansı layihələrə yönəldiləcəyi və iqtisadiyyata nə kimi fayda verəcəyi məsələsini gündəmə gətirir. Bəs investisiya xərclərinin kəskin artırılmasının arxasında hansı iqtisadi səbəblər dayanır? Bu vəsaitin vətəndaşların rifahına və özəl sektorun inkişafına real təsiri nədən asılı olacaq?