Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə ilə Qara dəniz regionunda təhlükəsizliyin təmin olunması istiqamətində yeni ideya və təklifləri müzakirə etdiklərini bildirib.
Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında Ankaraya Ukraynanın suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyinə görə təşəkkür edib.
O, Ukrayna və Türkiyənin müdafiə və müdafiə sənayesi sahəsində təbii müttəfiqlər olduğunu vurğulayıb.
Zelenski, həmçinin iki ölkə arasında yeni birgə sənaye və iqtisadi layihələr üzərində iş aparıldığını qeyd edib. O, əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə əminliyini ifadə edib.