David De Xea "Fiorentina"dan ayrıla bilər

Insayder Matteo Morettoya istinadən, A Seriyası təmsilçisi təcrübəli futbolçu ilə yollarını ayırmağa və bundan mənfəət əldə etməyə hazırdır.

İllik 5,56 milyon avro məvacib alan 35 yaşlı ispaniyalı qolkiper heyətin ən yüksək ödənişli oyunçularından biridir.

Qapıçının klubla müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Qeyd edək ki, D. De Xea 2011-2023-cü illərdə "Mançester Yunayted"də çıxış edib. O, 2024-cü ilin yayında azad agent kimi "Fiorentina"ya qoşulub.