Zelenski İstanbulda: Ərdoğanla danışıqların gündəliyi açıqlandı - Video

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib.

Zelenski İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

Görüşdə təhlükəsizliyin gücləndirilməsi, iki ölkə arasında tərəfdaşlığın inkişafı və diplomatik perspektivlər müzakirə olunacaq. Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə isə xüsusi diqqət yetiriləcək.

Bundan başqa, Ukrayna Prezidentinin Ümumdünya Pravoslav Kilsəsinin Patriarxı Varfolomeylə də görüşü planlaşdırılır.