Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Burhanettin Duran “X” hesabında bildirib.
Onun sözlərinə görə, səfər zamanı ikitərəfli əlaqələr müzakirə ediləcək.
Bundan başqa, Rusiya-Ukrayna müharibəsi, Qara dənizdə təhlükəsizlik vəziyyəti, eləcə də digər regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.