Karrik Fernandeşi bağışlayıb?

Deyəsən, “Mançester Yunayted”də Bruno Fernandeşlə bağlı vəziyyət yoluna qoyulub.

"Football-plus.az" xatırladır ki, portuqaliyalı futbolçu Çempionlar Liqasında “Komo”ya 1:4 hesablı məğlubiyyətdən sonra baş məşqçinin taktiki qərarlarını açıq şəkildə tənqid etmiş, bundan sonra “Bornmut”la matçda (0:3) ehtiyat oyunçular skamyasında şansını gözləməli olmuşdu.

Baş məşqçi Maykl Karrik komandanın kapitanı ilə bağlı yeni qərarını açıqlayıb. İngiltərəli mütəxəssis yarımmüdafiəçinin kapitan statusunu davam etdirəcəyini bildirib. Karrik Brunonun komanda üçün vacib futbolçu olduğunu və klubun uğurları naminə əlindən gələni etdiyini vurğulayıb.