Roma Papası buna görə tarixə düşdü

Roma Papası XIV Leo ABŞ-də keçirilən aralıq seçkilərdə poçt vasitəsilə səs verib. O, ABŞ seçkilərində iştirak edən ilk Roma Papası kimi tarixə düşüb.

ABŞ vətəndaşı olan pontifik səsvermədə iştirak edib.

Rəsmi məlumatlara görə, XIV Leo Çikaqo şəhərinin ətrafında yerləşən Nyu-Lenoks şəhərində seçici kimi qeydiyyatdadır.

Son illərdə pontifik həm Respublikaçılar, həm də Demokratlar partiyalarının ilkin seçkilərində səs verib. O, 2024-cü il prezident seçkilərində də iştirak edib.