Qəhvəyə zeytun yağı əlavə etməyin faydaları...

Qəhvə həvəskarları içkilərinə zeytun yağı əlavə etməklə həm fərqli dad əldə edir, həm də bu məhsulun sağlamlıq üçün faydalarından yararlanmağa çalışırlar.

"zywienie.medonet" nəşri zeytun yağı ilə hazırlanan Oleato qəhvəsinin xüsusiyyətləri barədə məlumat yayıb.

Starbucks-ın qurucusu Hovard Şults tərəfindən populyarlaşdırılan bu içki Sardiniya sakinlərinin zeytun yağından istifadə ənənəsindən ilhamlanaraq hazırlanıb.

Zeytun yağı antioksidantlarla zəngindir. Onun tərkibindəki faydalı maddələr hüceyrələrin qorunmasına, həzm sisteminin fəaliyyətinin dəstəklənməsinə və qəbizliyin qarşısının alınmasına kömək edə bilər.

Zeytun yağının tərkibindəki fenolik birləşmələr qlükoza mübadiləsinə və insulinə həssaslığa təsir göstərə bilər. Lakin Oleato qəhvəsinin diabet riskini azaltdığı barədə iddialar əlavə elmi araşdırmalar tələb edir.

İçkini hazırlamaq üçün bir fincan qəhvəyə bir çay qaşığı zeytun yağı əlavə edib yaxşıca qarışdırmaq kifayətdir. İstəyə görə darçın, hil və ya vanil də əlavə etmək olar.