Əməkdar jurnalist Mir Şahin Ağayev dünyasını dəyişən Xalq artisti Zaur Rzayevlə bağlı paylaşım edib.Oxu24.com həmin paylaşımı təqdim edir:“Ölmək” və “Dünyadan getmək” eyni anlayış deyil. “Ölmək” bir andır. “Dünyadan getmək” isə çox uzun bir proses. O proses doğulan saniyədən başlayır, öləndən sonra da illər, əsrlər boyu davam edir. Bəlkə də və yəqin ki dünyadan getmək heç mümkün olmur… Məsələn, ən gözəl səsli müğənnilərimizdən biri Zaur Rzayev... O öldü. Amma dünyadan getməyə yeni başladı. Çox uzun bir yola çıxdı. Heç vaxt gedib sona çata bilməyəcək. Heç vaxt!Jalə