Cəlilabadda üç avtomobil toqquşdu: yaralılar var

Cəlilabad rayonunda iki VAZ-2107 və bir VAZ-2106 markalı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Mollalı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan üç minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.