“Barselona”dan darmadağın

İspaniya La Liqasının 11-ci turunda son çempion “Barselona” doğma meydanda “Alaves”i qəbul edib.

Almaniyalı Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın heyətində braziliyalı hücumçu Rafinya və İspaniya millisinin dünya və Avropa çempionu olan cinah hücumçusu Lamin Yamal dubl ediblər. İspaniyalı yarımmüdafiəçi Fermin Lopes və ingiltərəli yarımmüdafiəçi Entoni Qordon isə hərəyə bir qol vurublar - 6:1.

“Barselona” 30 xalla turnir cədvəlinə başçılıq edir. “Alaves” isə 12 xalla 10-cu yerdədir.

İspaniya çempionatı, 11-ci tur

“Barselona” – “Alaves” – 6:1

Rafinya, 8, 41; Fermin Lopes, 23; Lamin Yamal, 45+1, 64; Entoni Qordon, 81 – Mariano Dias, 84.