Cəlilabadda zəncirvari qəzada xəsarət alanlar var

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Mollalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma davam etdirilir.