Lənkəranda oyuncaq silahlı şəxs saxlanıldı

Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.

Teleqraf-a istinadla, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində S.Dadaşzadə müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxsin üzərində gəzdirdiyi silaha bənzər əşya oyuncaq olub. Onun isə heç vaxt hər hansı hüquq-mühafizə orqanında işləmədiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır, şəxsin barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.