Cüdoçumuz Hidayət Heydərov BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də fəxri kürsüyə yüksəlib.
73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə Böyük Britaniya təmsilçisi İrakli Qoqinaşviliyə qalib gəlib.
Beləliklə, Heydərov turniri bürünc medalla başa vurub. Bu, millimizin Əbu-Dabi "Böyük Dəbilqə"sində qazandığı 4-cü medal olub.
Daha əvvəl Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medal əldə ediblər.