Bakı, 30 oktyabr, AZƏRTAC Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalına yekun vurulub.AZƏRTAC xəbər verir ki, mundialın əsas finalında Çexiya və İspaniya yığmaları qarşılaşıblar. Bakı Kristal Zalında təşkil olunan matç ispanların 3:0 hesablı qələbəsi ilə bitib.Bununla da İspaniyanın U-15 yığması tarixdə ilk dəfə keçirilən FIFA U-15 dünya çempionatı və festivalının qalibi olub. Qeyd edək ki, dünya çempionatı FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirib. Fotoqraf - İlkin Cavanşirov