Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə Bakıda dostunu qətlə yetirməkdə təqsirləndirilən Sakit Piriyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Məhkəmə təqsirləndirilən Sakit Piriyevin ifadəsi ilə davam edib:
"Mən, Məzahir Xələfov və Balağa Ağayevlə birlikdə tikinti işlərində çalışırdıq. Üçümüz birlikdə Pirşağıda kirayəyə otaq tutmuşduq. Həmin gün kafedə yeyib- içmişdik, sərxoş idik. Balağa evdə yox idi, zəng etmişdi ki, paltarlarını yola çıxardım. Məzahirlə birlikdə onun paltarlarını götürüb yola çıxdıq. Yolu keçəndə Məzahir söyüş söydü. Bundan sonra hər aramızda mübahisə başladı. Məzahir məni də söydü. Mübahisə vaxtı Məzahir Xələfova 4 dəfə bıçaqla vurdum. Balağa bizi ayırmağa çalışırdı, qəzəbimdən bıçağı onun qoluna sancdım, sonra oradan uzaqlaşdım".
Növbəti proses dekabrın 3-nə təyin olunub.
Xatırladaq ki, hadisə 2026-cı ilin iyununda Sabunçu rayonunda baş verib. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Müzahir Xanoğlan oğlu Xələfovun bıçaq xəsarətləri ilə xəstəxanada ölməsi ilə bağlı polusə məlumat daxil olub.
Keçirilmiş əməliyyat tədbirləri ilə dostu 1986-cı il təvəllüdlü Müzahir Xələfovu qətlə yetirməkdə digər tanışı 1983-cü il təvəllüdlü Balağa Ağayevi isə yaralamaqda təqsirləndirilən 1989-cü il təvəllüdlü Sakit Piriyev saxlanılaraq istintaqa təhvil verilib.
Sakit Piriyevə qarşı cinayət məcəlləsinin 120.2.2-ci ( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.