ABŞ-a cavab: Putin uşaqları öldürən diktatordur

Diktatorlara yaltaqlanmaq yalnız alçaldılmağa gətirib çıxarır, belə olan halda azadlıq onsuz da itirilir.

Bunu Estoniyanın Baş naziri Kristen Mixal deyib.

“Estoniya da digər Baltikyanı ölkələr kimi, Rusiyadan gələn təhlükə barədə açıq danışır. Biz əvvəllər də bu mövqedə olmuşuq və bundan sonra da həmin mövqeyimizi qoruyacağıq. Putin qadınları və uşaqları öldürən diktatordur. O, siyasətini dəyişməyə məcbur edilənədək bunu davam etdirəcək”, – Mixal bildirib.

Qeyd edək ki, Pentaqonun NATO-dakı Avropa müttəfiqlərindən Rusiyaya qarşı ritorikalarını yumşaltmağı tələb etdiyi barədə məlumat yayılmışdı.