Balakən, 30 oktyabr, AZƏRTAC Bu ilin iyul ayında Katex çayında baş verən sel daşqınları zamanı kənd bələdiyyəsi yararsız vəziyyətə düşən filtr və boruları rayonun müvafiq təşkilatları ilə birlikdə kustar üsulla təmir edərək minə yaxın abonenti içməli su ilə təmin etsə də, problem hələ də qalmaqdadır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Katex kəndi Balakənin ən iri yaşayış məntəqələrindən biridir. Doqquz min nəfərə yaxın əhalisi olan bu yaşayış məntəqəsinin içməli və suvarma suyu yaxınlıqdan axan Katex çayının mənbəyindən götürülür. Sakinlər bildirir ki, kəndə gələn su xətləri ötən əsrin 60-70-ci illərində çəkilib və həmin borular istismar müddətini çoxdan başa vurub. Yağış yağanda, çayda sular artan kimi içməli su ilə bağlı problemlər yaranır. Bu da onunla bağlıdır ki, su mənbələrindəki filtrlər də istismar müddətini başa vurub. Kənd sakinləri hazırda içməli su ilə bağlı çətinlik çəkmədiklərini, lakin leysan yağışları yağanda belə problemlə qarşılaşdıqlarını bildirirlər. Məsələn, iyul ayında baş verən sel nəticəsində kənddə bir aya yaxın su problemi olub. Məsələ ilə bağlı Katex bələdiyyəsinin sədri Mehman Şoranov bildirir ki, sakinlərin su təminatı bələdiyyənin balansındadır. Kəndin su borularının ümumi uzunluğu 11 kilometrə yaxındır. Boruların 3-4 kilometri isə Katex çayının sahili boyunca uzanır ki, bu da həmişə sel daşqınları zamanı zədələnir, bəzən tam yararsız vəziyyətə düşür. “İyul ayının 7-8-də yaranmış sel daşqınları nəticəsində Katex kəndində əhalini içməli su ilə təmin edən su filtrləri və su hovuzu sıradan çıxdı, yararsız hala düşdü. Müəyyən vaxt içməli su verilişində fasilələr yaranmışdı”, – deyən bələdiyyə sədri əlavə edir ki, sel suları çəkildikdən, təhlükə aradan qalxdıqdan sonra su mənbələrində içməli suyun təmin olunması məqsədilə filtr və su hovuzu kustar üsulla yenidən bərpa olunub. Mehman Şoranovun sözlərinə görə, sel daşqınları zamanı, eyni zamanda, 48 poqonmetr D-325 ölçülü polad boru və 300 millimetrlik polietilen boru da yararsız hala düşüb. “Tərəfimizdən hazırda müvəqqəti işlər görülüb, əhalini su ilə təmin etmişik. Amma burada yeni filtrlərin quraşdırılmasına və su hovuzunun inşasına ehtiyac var”, – deyən bələdiyyə sədri onu da əlavə edir ki, məsələ ilə bağlı rayon rəhbərliyi və müvafiq təşkilatların nümayəndələri hadisə yerinə birgə baxış keçirib.“Bəs, Katex sakinlərinin içməli su problemlərinin aradan qaldırılması ilə bağlı hansı tədbirlər nəzərdə tutulur?” – sualı ilə rayon icra hakimiyyətinə müraciət etdik. Bildirildi ki, rayonun ən iri yaşayış məntəqəsi olan Katex kəndinin içməli su təminatı yerli bələdiyyənin balansında olsa da, problemlərin həllində rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi həmişə yaxından iştirak edir. Bir müddət əvvəl rayon rəhbərliyi Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidməti və yerli istismar idarəsinin nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirib.Kənd bələdiyyəsi tərəfindən gələcəkdə ərazidə yeni drenaj qurulacağı təqdirdə Regional Su Meliorasiya Xidməti və rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin onlara köməklik göstərəcəyi diqqətə çatdırılıb. Müxbir - Rasim İslamoğlu
Bu gün
2290 xəbər bu gün
İran hakimiyyəti genişmiqyaslı müharibənin başlanması ehtimalını istisna etmir və silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətində saxlayır.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) gümüş medal qazanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların…
Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanındakı siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev həbsdən…
İngiltərə Premyer Liqasının IX turunda turun diqqətçəkən qarşılaşmalarından biri başa çatıb. "Etihad" stadionunda "Mançester Siti" doğma azarkeşləri önündə "Brayton"u qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi…
Misli Premyer Liqasının X turunda keçirilən "Qarabağ" - "Qəbələ" matçında insident yaşanıb. Oyun zamanı "Qarabağ"ın futbolçuları Marko Yankoviç və Mateus Silva arasında mübahisə...
Более чем в 30 крупных городах Германии начались молодежные протесты движения Gen Z regelt («Поколение Z решает») против возвращения призыва на воинскую службу. Об этом...
Во Франции возобновились массовые протесты против роста стоимости жизни, высоких цен на топливо, инфляции и проблем в сфере государственных услуг. По данным Министерства внутренних дел...
30 октября в Азербайджанском национальном музее ковра открылась выставка "Да не споткнется твой бело-серый конь", посвящённая шестой годовщине Победы в Отечественной войне.
Baş məşqçi
Kaxetiyalı Zura
PA-nın sabiq rəhbəri
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə ilə Qara dəniz regionunda təhlükəsizliyin təmin olunması istiqamətində yeni ideya və təklifləri müzakirə etdiklərini bildirib. Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib…
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın futbolçuları Mateus Silva və Marko Yankoviç arasında yaşanan mübahisəyə münasibət bildirib. Baş məşqçi oyundan sonra keçirilən mətbuat konfransında futbolçuların…
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Bəhreyndə Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüş keçirilib. Görüş zamanı tərəflər institusional əməkdaşlığın gücləndirilməsi və…
Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edən naməlum şəxs müəyyən olunub. Modern.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində…
Xərçəng xəstəliyini keçirmiş amerikalıların alkoqol qəbul etmə vərdişləri son səkkiz ildə demək olar ki, dəyişməyib. Bu qənaətə Sent-Luisdəki Vaşinqton Universitetinin Braun Sosial İş Məktəbinin tədqiqatçıları gəlib…
Bu gün İqtisadiyyat.az xəbər portalının 8 yaşı tamam olur. 2018-ci ilin oktyabrın 31-də fəaliyyətə başlayan sayt müstəqil informasiya siyasəti həyata keçirən media subyektidir. Portal ölkədə və dünyada baş verən ictimai…
Qaxda 7 nəfər qidadan zəhərlənib. Sfera.az xəbər verir ki, 7 nəfər (6 kişi, 1 qadın) zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə daxil olub. TƏBİB-dən verilən məlumata görə…
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ABŞ-dan tərəfdaş kanallar vasitəsilə Moskvada terror aktının planlaşdırılması ilə bağlı məlumat əldə edib. Bu barədə FSB-nin mətbuat xidməti məlumat yayıb. Qurum müvafiq…
Kiyev, 31 oktyabr, AZƏRTAC Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşdə danışıqların əhəmiyyətli bir hissəsi Qara dənizin açılması yollarının tapılmasına yönəlib.AZƏRTAC-ın “Ukrinform”a istinadla verdiyi…
Qaxda 7 nəfər qidadan zəhərlənib.
Noyabrın 1-də ölkə ərazisinin bəzi yerlərində magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Azərbaycanda ev təsərrüfatlarının istehlak xərclərinin strukturunda ailə başçısının cinsinə görə müəyyən fərqlər müşahidə olunur. Qadınların başçılıq etdiyi ev təsərrüfatlarında ərzaq xərclərinin payı kişilərin başçılıq…
Kriptovalyuta birjası “Binance” haker hücumu nəticəsində oğurlanan vəsaitlər üzrə itkilərin 90 faizini kompensasiya edib. Bu barədə kriptovalyuta platformasının yaydığı məlumatda bildirilib. Açıqlamaya əsasən, Bitcoin…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə gərginliyin artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb. Bunu Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat…
“TDT-nin Ankara sammiti Türk dünyasının birliyinin daha da möhkəmləndiyini göstərdi...” "Tarixin ən ağır sınaqlarından çiyin-çiyinə çıxmış Azərbaycan və Türkiyə xalqları ən mürəkkəb şəraitdə belə qardaşlıq…
Lənkəran, 31 oktyabr, AZƏRTAC Üzərində “silah” gəzdirib, özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhərində özünü hüquq-mühafizə…
Bakı, 31 oktyabr, AZƏRTAC Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirini 5 medalla başa vurublar. Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata…
Qaxda 7 nəfər qidadan zəhərlənib. 7 nəfər (6 kişi, 1 qadın) zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə daxil olub. TƏBİB-dən verilən məlumata görə, onlara zəruri tibbi xidmətlər…
Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasının X turunda keçirilən “Qarabağ” – “Qəbələ” matçı qolsuz bərbərlikə başa çatıb. Oyunun gedişində “Qarabağ”ın futbolçuları Marko Yankoviç və Mateus Silva arasında dava olub…
Ukrayna Prezidenti Volodimir Zelenski İstanbula gedib. Bu barədə Ukrayna liderinin rəsmi teleqram kanalında məlumat verilib. Məlumata görə, Zelenski burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüşdə…
Türkiyədə yaşı 15-dən aşağı olan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. Türkiyə Prezident Administrasiyası Kibertəhlükəsizlik İdarəsinin yeni qaydalarına əsasən, noyabrın 1-dən hesablar üçün yaşın…
Noyabrın 1-də ölkə ərazisinin bəzi yerlərində magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 1-də ölkə ərazisinin…
Noyabrın 8-də Bakıda Zəfər Günü münasibətilə bayram konserti keçiriləcək. Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq konsert Bakıda Dənizkənarı Milli…
Oktyabrın 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. Düşən…
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib.Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. *** Bu gün saat 19:00-da Dərnəgül dayanacağında elektrik xəttində gərginlik olmadığı üçün…