"Kəpəz" klubu "Turan Tovuz"un rekordunu yeniləyib.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Azərbaycan Kubokunun II təsnifat mərhələsinin "Kəpəz" - "Baku Sportinq" qarşılaşmasını (3:1) 5 000 tamaşaçı izləyib.
Bu, turnirin indiki formatda keçirildiyi 4 mövsüm üçün təsnifat mərhələlərinin yeni rekordudur. Bunadək ilk 2 təsnifat mərhələsində ən çox tamaşaçı sayı 1 500 olmuşdu. 2023/2024 mövsümündə II təsnifat mərhələsinin "Turan Tovuz" - "Göygöl" (5:1) matçında qeydə alınan, 2024/25 mövsümündə I təsnifat mərhələsinin "Şəki" - "Şəmkir" (0:1) qarşılaşmalarındakı təkrarlanan rekord Gəncədə 3.33 dəfə yüksək göstərici ilə yenilənib.
Ümumilikdə mərhələnin 12 oyununda 6 830 seyrçi olub. Bu, II təsnifat mərhələləri üçün rekorddur. 2023/24 mövsümündə 11 matçda 3 955, 2024/25 mövsümündə 11 qarşılaşmada 2 780, 2025/26 mövsümündə 12 oyunda 2 000 tamaşaçı qeydə alınmışdı.
I təsnifat mərhələsinin 6 oyununda 780 izləyici olduğunu nəzərə alsaq, ilk iki raundu 7 610 tamaşaçı seyr edib. Bu da son 4 mövsümdə ən yüksək göstəricidir. 2023/24 mövsümündə 5 615, 2024/25 mövsümündə 4 560, 2025/26 mövsümündə 2 290 tamaşaçı qeydə alınmışdı.
Qeyd edək ki, bu mərhələdə "Şimal" - "Araz-Naxçıvan" (50), "Marafon" - "Zaqatala" (300), "İmişli" - "Qaradağ Lökbatan" (20), "Kür-Araz" - "Sumqayıt" (600), "Qəbələ" - "Mingəçevir" (150), MOİK - "Şahdağ Qusar" (100), "Xankəndi" - "Gəncəbasar" (20), "Hypers" - "Şamaxı" (300), "Şəfa" - "Ağstafa Gəncləri" (50), "Zəngəzur" - "Karvan-Yevlax" (40), "Səbail" - "Zirə" (200), "Kəpəz" - "Baku Sportinq" (5 000) matçları baş tutub.