ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Ağ Evdə ənənəvi "Hellouin" bayramı münasibətilə təşkil edilən tədbirdə azyaşlı qonaqları qəbul ediblər. Ölkənin müxtəlif media resursları və ABŞ mənbələrinin məlumatına görə, minlərlə uşağın qatıldığı şənlikdə geyimlərdən biri xüsusilə diqqət çəkib.
Xarici mediaya istinadla, Ağ Evin Cənub qazonunda baş tutan builki qəbulda uşaqlar müxtəlif cizgi filmi və nağıl qəhrəmanlarının, superqəhrəmanların geyimlərində iştirak ediblər. Qonaqlar arasında sovet dövrünün hərbi formasını xatırladan kostyum geyinmiş azyaşlı bir oğlan uşağı medianın və prezident cütlüyünün xüsusi diqqətini cəlb edib.
Məlumata görə, uşaq tədbirə sovet üslubunda tank qoşunlarının şevronu (qol nişanı) olan hərbi formada və müvafiq furajka (börk) ilə qatılıb. Onun yanında isə ənənəvi rus milli geyimini (sarafan və kokoşnik) xatırladan libasda bir qız uşağı olub.
Prezident Donald Tramp və Melaniya Tramp uşaqları çox səmimi formada qarşılayıblar. Hətta birinci xanım Melaniya Tramp uşağın furajkasına toxunaraq geyiminə diqqət yetirib. Daha sonra ABŞ prezidenti və xanımı digər uşaqlara olduğu kimi, bu uşaqlara da xüsusi "Hellouin" şokoladları və şirniyyat hədiyyə ediblər.
Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrin xarici seqmentində də geniş müzakirələrə səbəb olub.
S.Laçın