“Bu layihə həssas əhali qruplarının hüquqi yardım almaq imkanlarının genişləndirilməsini və konstitusion hüquqlarının daha effektiv qorunmasını hədəfləyir”.
Bunu Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” qanun layihəsindən danışarkən bildirdi:
"Təqdim olunan sənəd 14 qanuna dəyişiklik edilməsini nəzərdə tutur və bu dəyişiklikləri yalnız texniki uyğunlaşdırma kimi qiymətləndirmək olmaz. Qanun layihəsi həssas əhali qruplarının hüquqi müdafiəsinin gücləndirilməsi baxımından mühüm sosial məzmun daşıyır".