ABŞ Rusiyanın intensivləşən hava hücumları fonunda Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məqsədilə 500 ədəd “Patriot” raketinin satışına razılıq verib.
Məlumata görə, ABŞ Dövlət Departamenti PAC-3 tipli qabaqcıl raketlərin satışının ümumi dəyərinin 2,1 milyard dollar təşkil etdiyini açıqlayıb.
Satışın maliyyə yükünü Ukraynanın Avropadakı müttəfiqləri və Kanada öz üzərinə götürəcək.
Bununla belə, Ukrayna Prezidenti Volodimir Zelenski raketlərin təhvil verilməsinin bir neçə il çəkə biləcəyindən narahatlığını ifadə edib. O, Rusiyanın davam edən hava hücumları fonunda raketlərin Ukraynaya mümkün qədər tez çatdırılmasının vacibliyini vurğulayıb.