Zaur Rzayevin vəsiyyəti açıqlandı

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün vəfat edib.

Mərhum sənətçinin oğlu Nadir Rzayev News24.az-a açıqlamasında atasının dəfn mərasiminin media nümayəndələri tərəfindən çəkilməsini istəmədiyini bildirib.

O qeyd edib ki, bu, atasının sağlığında etdiyi vəsiyyət olub və ailə onun istəyinə hörmətlə yanaşılmasını xahiş edir:

“Atam sağlığında vəsiyyət etmişdi ki, onun yas mərasimi və dəfni çəkilərək şoulaşdırılmasın. Bizim ailə belə hallardan uzaqdır. Hamıdan xahiş edirəm, atamın vəsiyyətinə hörmətlə yanaşılsın. Atamın nəşi evimizdən götürüləcək. Bilirik, hər kəs öz işini görür. Amma Zaur Rzayevin də istəyi belə olub. Atam Qurd Qapısı qəbiristanlığında dəfn ediləcək. Vida mərasimi keçirilməyəcək”.

Qeyd edək ki, vida mərasimi və dəfn yeri ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq, lakin nazirlikdə bununla bağlı məlumat olmadığı bildirildi.