Bakının mərkəzində qəzaya düşən maşın səkiyə çıxdı - VİDEO

Bu gün paytaxtın Nəsimi rayonu ərazisində - Səməd Vurğun və Süleyman Rəhimov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”ya istinadla, yol hərəkəti qaydalarının pozulması nəticəsində “Hyundai” və “BYD” markalı 2 nəqliyyat vasitəsi toqquşub.

Zərbənin təsirindən “Hyundai” yolun hərəkət hissəsindən çıxaraq səkiyə çıxıb.

Xoşbəxtlikdən həmin vaxt səkidə piyada olmayıb.

Faktla bağlı araşdırma aparılır.