"İdmandan kənar": Rinqlərin qorxunc "Dəmir Mayk"ının zirvədən həbsxanaya uzanan yolu - Foto/Video

O, rinqə çıxanda rəqibləri bəzən döyüş başlamamış məğlub olduqlarını düşünürdülər. Güclü zərbələri, aqressiv üslubu və qorxuducu görünüşü ilə Mayk Tayson ağır çəkidə boksun ən məşhur simalarından birinə çevrildi. Lakin onun həyatı yalnız qələbələrdən ibarət olmadı. Şöhrət, şəxsi faciələr, qalmaqallar və həbsxana həyatı Taysonun taleyini tamamilə dəyişdi.