Bakı, 29 oktyabr, AZƏRTAC Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbində baş vermiş hadisə ilə bağlı tibb müəssisəsindən əldə edilən məlumata əsasən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb.Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.