Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Yenicag.az-ın Beştəpəyə ezam olunan müxbirinin verdiyi məlumata görə, Ərdoğan Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Toplantısında iştirak etmək üçün Ankaraya gələn Mirziyoyevi Prezident Kompleksinin girişində qarşılayıb.
Ərdoğan və Mirziyoyev Türkiyə və Özbəkistan bayraqları qarşısında şəkil çəkdiriblər və əl sıxıblar. Daha sonra Ərdoğan və Mirziyoyev arasında görüş keçirilib.
Görüşdən sonra liderlər iki ölkə arasında müqavilələrin imzalanması mərasimində iştirak edəcəklər.