Azərbaycan neftinin qiyməti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ…

"Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

1 barelin qiyməti 3.88 dollar (3,17%) artaraq 126.16 ABŞ dolları olub.

Azərbaycan neftinin əvvəlki qiyməti 122.28 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.