68 yaşlı kişini cərəyan vuraraq öldürdü

Gəncədə bədbəxt hadisə baş verib.

Hadisə şəhərin Adil İsgəndərov küçəsində qeydə alınıb.

Şəhər sakini 1958-ci il təvəllüdlü C.Əlizadə yaşadığı evin zirzəmisində iş görən zaman elektrik cərəyanı onu vurub. 68 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır./APA/