Bakı, 29 oktyabr, AZƏRTACOktyabrın 29-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyətin digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə cari ilin ötən dövründə də məqsədyönlü şəkildə davam etdirildiyini bildirib.Qeyd olunub ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 22 min 804 cinayətin 90,5 faizinin açılması təmin olunub.Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 93,7 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 5,7 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər, qeyri-aşkar şəraitdə baş verənlər, adamöldürməyə cəhdlər, qəsdən sağlamlığa ağır və az ağır zərər vurmalar, mülkiyyət əleyhinə olanlar, onlardan oğurluqlar, dələduzluqlar, quldurluqlar, hədə-qorxu ilə tələb etmələr, avtonəqliyyat vasitəsinin qaçırılması, habelə xuliqanlıqlar, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlər, odlu silahın tətbiqi ilə və qrup halında baş verən hüquqazidd əməllərin sayı azalıb.Qeyri-aşkar şəraitdə törədilənlərin, eləcə də ağır və xüsusilə ağır cinayətlərin, əzab vermələrin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, dələduzluqların açılması yaxşılaşıb, qəsdən adamöldürmələrin, cibgirliklərin açılması tam təmin olunub.Keçmiş illərdən bağlı qalmış 294 cinayət açılıb və axtarışa elan edilmiş şəxslərin 87,2 faizi tutulub. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 402 nəfərdən ibarət 146 cinayətkar qrup zərərsizləşdirilib. Baş vermiş xırda talama faktlarının 87 faizi açılıb, dəymiş maddi ziyanın 85 faizi ödətdirilib.Qanunsuz dövriyyədən 6 ton 443 kiloqram, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 1 ton 780 kiloqram çox narkotik vasitə çıxarılıb.Yol-nəqliyyat hadisələrinin sayı 67 fakt, qəzalarda ölənlərin sayı 7 və xəsarət alanların sayı isə 117 nəfər azalıb.Gündəlikdəki məsələlər barədə nazirliyin aidiyyəti baş idarələrinin rəisləri həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr, yol verilmiş nöqsanların aradan qaldırılması üzrə görülmüş işlər barədə məruzə edib, eyni zamanda məruzəətrafı çıxışlar dinlənilib.Kollegiya iclasına yekun vuran nazir Vilayət Eyvazov xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini qeyd edib, fəaliyyətin effektivliyinin artırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən edib.Nazir cinayətkarlığın bütün təzahürlərinə, xüsusilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin qətiyyətlə davam etdirilməsinin vacibliyini vurğulayıb, bu sahədə əməliyyat-axtarış tədbirlərinin, internet informasiya resursları vasitəsilə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətin səmərəliliyinin artırılması, qanunsuz dövriyyə kanallarının vaxtında zərərsizləşdirilməsi və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.Polis orqanlarının istintaq və təhqiqat qurumlarında fəaliyyətin təşkili məsələlərinə də toxunan nazir cinayət işlərinin hərtərəfli, obyektiv və qanunvericiliyin tələblərinə uyğun araşdırılmasının, prosessual müddətlərə ciddi riayət olunmasının, vətəndaş müraciətlərinə həssas yanaşılmasının və ibtidai araşdırmanın keyfiyyətinin yüksəldilməsinin zəruriliyini diqqətə çatdırıb. Hər bir müstəntiqin və təhqiqatçının əsas vəzifəsinin insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulayıb və aidiyyəti üzrə konkret tapşırıqlar verib.Müasir texnologiyaların tətbiqinin və idarəetmədə rəqəmsallaşmanın genişləndirilməsinin fəaliyyətin səmərəliliyin artırılmasında, operativliyin təmin edilməsində və xidmətin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını bildirən nazir informasiya sistemlərinin imkanlarından səmərəli istifadənin, idarəetmə proseslərinin təkmilləşdirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıb.İlin başa çatmasına az müddət qaldığını diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov əldə edilmiş müsbət nəticələrin davam etdirilməsini, arxayınçılığa yol verilməməsini, şəxsi heyətin peşəkarlığının yüksəldilməsini, icra intizamının gücləndirilməsini, müasir texnologiyaların fəaliyyətdə daha geniş tətbiqi üçün təşəbbüskarlığın artırılmasını, bütün qüvvə və imkanların qarşıda duran vəzifələrin yerinə yetirilməsinə səfərbər olunmasını tələb edib, eləcə də bu və digər istiqamətlər üzrə konkret tapşırıqlar verib.
Bu gün
148 xəbər bu gün
Polşada Konstitusiya Tribunalının sədri və müavini bir ay müddətinə vəzifələrindən kənarlaşdırılıb. Polşa Mətbuat Agentliyinə (PAP) istinadən, ölkənin Konstitusiya Tribunalının saytında qurumun sədri Boqdan Sventyçkovski…
Bakı, 31 oktyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Tramp Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı tətbiq olunan sanksiyaların hələlik qüvvədə qalacağını bildirib.AZƏRTAC xəbər verir ki, Tramp bu barədə Ağ Evdə…
Filippində yerləşən Mayon vulkanı 3 000 metr hündürlüyə kül sütunu püskürüb. Vulkanın təhlükə səviyyəsi ikidən üçə qaldırılıb.
Mütəxəssislər bildirirlər ki, müntəzəm olaraq gecə 6 saatdan az yatmaq ürək-damar sistemi, beyin fəaliyyəti və immunitetə mənfi təsir göstərir. Rusiyalı nevroloq Anna Suşanın sözlərinə görə, yetkin insanlar gün ərzində…
Правильная зарядка может значительно продлить сроки жизни портативного компьютера. Об этом сообщает издание PCWorld, передает Day.Az со ссылкой на Lenta.ru. Авторы отметили, что в первую очередь нужно ограничить перегрев…
Türkiyənin xarici işlər naziri Hakan Fidan G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün səfərdə olduğu ABŞ-də təmaslarını davam etdirir. "Haber Global"a istinadən, türkiyəli nazir toplantı…
Pəhriz saxlamağa və müntəzəm idman etməyə baxmayaraq, tərəzidə çəkinin dəyişməməsi insanı ruhdan sala bilər. Bunun səbəbi isə bəzən fərqində olmadan edilən qidalanma və həyat tərzi səhvləri olur.
Düzgün qidalanma sağlamlığın qorunmasında mühüm rol oynasa da, bəzi gündəlik vərdişlər ciddi xəstəliklərə yol aça bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həddindən artıq duz istehlakının insan sağlamlığı üçün risk…
Bu gün Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Bu barədə Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib…
İldus Muxametov
Türkiyə və ABŞ rəsmiləri
"Araz-Naxçıvan" futzal komandası Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda son oyununu keçirib,. Naxçıvan təmsilçisi Polşa çempionu "Piast"la üz-üzə gəlib. Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da…
Mütəxəssislər idman zallarında bakteriya və göbələklərin daha çox toplandığı yerləri açıqlayıblar. Bunlara idman döşəkləri, duş kabinələrinin döşəmələri, su kranlarının tutacaqları və trenajorların səthləri daxildir.
2026-cı ilin noyabr ayının ilk yarısı dörd bürcün nümayəndələri üçün keçmişdə qalan məsələlərin yenidən gündəmə gəlməsi, münasibətlərdə anlaşılmazlıqlar və mühüm qərarların nəzərdən keçirilməsi ilə yadda qala bilər…
Süfrənizdəki bu məhsul təhlükəyə çevrilə bilər: ÜST-dən xəbərdarlıq Düzgün qidalanma sağlamlığın qorunmasında mühüm rol oynasa da, bəzi gündəlik vərdişlər ciddi xəstəliklərə yol aça bilər. Ümumdünya Səhiyyə Təşkilatı…
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib.
"Konyaspor"
Yəməndə
ABŞ prezidenti Donald Tramp Rusiya Birbaşa İnvestisiyalar Fonduna (RBİF) qarşı sanksiyaların hələlik qüvvədə qalacağını bildirib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya oktyabrın 30-da Məkkə bölgəsində husilərin buraxdığı pilotsuz uçuş aparatının (PUA) ələ keçirilərək məhv edildiyini açıqlayıb
Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib
ABŞ təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı diplomatlarının bir hissəsini və səfirlik əməkdaşlarının ailə üzvlərini ölkədən çıxarır
ABŞ “Patriot PAC-3” zenit-raket kompleksləri üçün 500 raket və müvafiq avadanlıqların 2,1 milyard dollara Ukraynaya satışını təsdiqləyib
Türkiyə Super Liqasında X tura start verilib
“İranın Məkkə Sazişinə qoşulmasına heç bir maneə yoxdur
Kanada 2027-ci ildə Ukraynanın maliyyələşdirilməsində Avropa İttifaqına dəstək verməyə razılaşıb, lakin bu məqsədlə ən çoxu 500 milyon avro ayırmağa hazırdır
“Azərbaycançılıq ideologiyası müstəqilliyin və təhlükəsizliyin əsas dayaqlarındandır”
Ukrayna Rusiyanın daha dərin ərazilərində uzaqmənzilli zərbələr endirmək üçün əsas istiqamətləri müəyyənləşdirib
“Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Ukrayna məsələsi ilə bağlı üçtərəfli danışıqların tarixləri bu həftə açıqlana bilər”
İsveç Avropa Komissiyasına göndərdiyi məktubda beynəlxalq idman yarışlarında iştirak edən Rusiya vətəndaşları üçün viza qaydalarına yenidən baxmağa çağırıb
Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq. Bu barədə Zaqatala Regional Qaz…
Tovuz, 31 oktyabr, AZƏRTAC Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəmkir sakini Anar Qurbanovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq rayon…
Polşada Konstitusiya Tribunalı ətrafında kəskin siyasi münaqişə pik həddə çatıb. Ölkə Seyminin deputatları və müxalifət nümayəndələri Baş nazir Donald Tusku dövlət çevrilişinə cəhd etməkdə ittiham edirlər. Polşanın Baş…
В Варшаве обострился конфликт вокруг Конституционного трибунала. Как передает Day.Az, судья Анна Корвин-Пиотровска отстранила его руководство, а президент Польши прервал визит в Африку. Корвин-Пиотровска вызвала полицию…
Азербайджанские борцы греко-римского стиля успешно выступили на международном турнире Georg Lurich Memorial, который проходил с 23 по 25 октября в эстонском городе Раквере. Со ссылкой на İdma, n.Biz, соревнования…
Masazırda yerləşən "Qurtuluş 93" Mənzil-İstismar Kooperativinin ərazisindəki 6 mərtəbəli binanın zirzəmisində qanunsuz söküntü və tikinti işləri aparıldığı iddia edilir. Ərazidə çalışan işçilərin sözlərinə görə, yaşayış…
Polşada Konstitusiya Tribunalı ətrafında kəskin siyasi münaqişə pik həddə çatıb. Ölkə Seyminin deputatları və müxalifət nümayəndələri Baş nazir Donald Tusku dövlət çevrilişinə cəhd etməkdə ittiham edirlər.
Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq. Bu barədə Zaqatala Regional Qaz…
Azərbaycan tibb elminin və biokimya sahəsinin inkişafında böyük xidmətləri olmuş görkəmli alim, biologiya elmləri doktoru, professor, Əməkdar müəllim Arif Mustafa oğlu Əfəndiyev vəfat edib.