“Prosesi uzatmaq Ermənistana heç nə qazandırmayacaq”
“Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşmanı yekunlaşdırması üçün sülh sazişi imzalanmalıdır. Bunun üçün də bu iki dövlətə qarşı ərazi iddiaları, qonşuluq münasibətlərinin ruhuna uyğun olmayan müddəalar Ermənistan konstitusiyasından mütləq çıxarılmalıdır. Ermənistanın özü üçün də bu proses qaçınılmazdır. Yeni dövrün, yeni siyasətin öz paradiqmaları konstitusiyada da öz əksini tapmalıdır. Ermənistanın daxili siyasət baxımından da müəyyən vacib istiqamətlər konstitusiyada nəzərdə tutulur. Bu konstitusiya dəyişikliyi Ermənistan üçün qaçınılmazdır. Bunu uzatmaq Ermənistana heç nə qazandırmayacaq. Zəngəzur dəhlizi də vacib məsələlərdən biridir. Orta dəhlizdə nəzərdə tutulan, Zəngəzurdan keçəcək strateji layihələr var ki, bunların icra olunması üçün Ermənistanın dəyişikliklər etməsi çox vacibdir”.