Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com-a istinadla, yol qəzası zamanı keçmiş polis zabiti Bilal Yunis oğlu Nuriyev həyatını itirib.
Qeyd edək ki, Bilal Nuriyev uzun illər Zərdab Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb. O, son dövrlərdə Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində hüquq məsləhətçisi kimi fəaliyyət göstərib.