Bakı, 29 oktyabr, AZƏRTACOktyabrın 29-da AZƏRTAC-da Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrlə bağlı müşavirəsi keçirilib. Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin AZƏRTAC-ın foyesindəki büstü önünə gül dəstələri düzülüb.Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı müstəqil dövlətçilik tariximizin mühüm inkişaf mərhələsinə təsadüf etməklə, ölkəmizin gələcək inkişaf yolunun strateji xəritəsini müəyyənləşdirdi. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı dərinməzmunlu və konseptual nitqi bütövlükdə dövlətimizin və cəmiyyətimizin qarşısında duran mühüm vəzifələri aydın şəkildə ortaya qoydu. Bu gün qürurla qeyd edirik ki, müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu müdrik və uzaqgörən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu ardıcıl və qətiyyətli siyasi kurs nəticəsində Azərbaycan xalqının onilliklər boyu davam edən ən böyük arzusu reallığa çevrildi, torpaqlarımız işğaldan azad edildi, suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olundu. Qeyd edilib ki, bugünkü müşavirənin əsas məqsədi Prezident İlham Əliyevin proqram xarakterli nitqində müəyyənləşdirdiyi strateji xətti, təhlükəsizlikdən sosial rifaha, ideoloji işdən azad torpaqların dirçəldilməsinə qədər geniş proqramı təhlil etməkdən və jurnalistlərin qarşıya qoyulan vəzifələrin informasiya təminatındakı rolunu diqqətə çatdırmaqdan ibarətdir.Tədbirdə çıxış edən Milli Məclisin deputatı Səbinə Xasayeva deyib ki, YAP-ın VIII qurultayı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğu tarixi şəraitdə keçirilib. O qeyd edib ki, VIII Qurultayda Prezident İlham Əliyev proqram xarakterli nitqində Azərbaycanın keçdiyi tarixi yola, eyni zamanda, qazandığımız möhtəşəm Zəfərə nəzər salıb və qarşıda duran əsas hədəfləri açıqlayıb. Milli Məclisin deputatı deyib: “Qurultay xalqımız və dövlətimiz üçün mühüm bir hadisə kimi yaddaşlarda qaldı. VIII Qurultayda qazandığımız möhtəşəm Zəfərdən bəhs edildi. Əminəm ki, partiyamızın bundan sonra keçiriləcək qurultaylarında da Azərbaycanın əldə edəcəyi daha böyük uğurlardan, yeni qələbələrimizin qürurundan və sevincindən danışacağıq”.YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında bildirib ki, partiyamızın VIII Qurultayı ölkəmizin qarşıdakı dövr üçün siyasi prioritetlərinin, yeni hədəflərinin və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Vüsar İsmayılov qeyd edib ki, qurultayda 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin yaratdığı yeni reallıqlar, Azərbaycanın qarşısında duran vəzifələr və gələcək inkişaf istiqamətləri diqqət mərkəzində olub. O vurğulayıb ki, YAP bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə öz töhfəsini verəcək, ölkənin milli maraqlarının qorunması və daha güclü Azərbaycanın formalaşması istiqamətində fəaliyyətini davam etdirəcək.Müşavirədə milli təhlükəsizliyin təkcə hərbi güclə deyil, həm də informasiya və ideoloji məkanın qorunması ilə birbaşa bağlı olduğu vurğulanıb. Xüsusilə gənclərin yüksək savad və vətənpərvərlik ruhunda yetişdirilməsi kənar təsirlərə və dezinformasiyalara qarşı ən etibarlı müdafiə kimi dəyərləndirilib. Yekunda ictimai rəyi çaşdırmaq istəyən qüvvələrin manipulyasiyalarını vaxtında zərərsizləşdirməyin və milli maraqları qətiyyətlə qorumağın ən ümdə vəzifə olduğu qeyd edilib.
Bu gün
206 xəbər bu gün
Astroloqların proqnozlarına görə, yaxın dövrdə bəzi bürclər üçün maddi imkanların genişlənəcəyi və yeni qazanc yollarının yaranacağı proqnozlaşdırılır. Tərəzi, Qız və Xərçəng bürcləri maliyyə sahəsində müsbət…
Bakı, 31 oktyabr, AZƏRTAC Şimali Koreya ABŞ və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların ölkənin nüvə statusuna və hərbi potensialının gücləndirilməsinə təsir göstərmədiyini bəyan edib.AZƏRTAC xəbər verir ki, bu…
"Bugatti"nin baş direktoru Mate Rimakın Xorvatiyada qaçırılan "Chiron" hiperkarı Avstriyada tapılıb. Şirkət rəhbərinin oğrunu "Porsche 911" ilə təqib etməsi və hadisənin detalları barədə oxuyun.
Türkiyədə Bingöl baş prokurorluğunun koordinasiyası ilə vilayət polis idarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən Bingöl mərkəzli olmaqla 4 vilayətdə eyni vaxtda əməliyyat keçirilib. "Haber…
Araşdırmalara görə, kişilərdə 40 yaşdan sonra ürək-damar xəstəliklərinin yaranma riski arta bilər. Bu dövrdə infarkt və digər ürək problemlərinin qarşısını almaq üçün xolesterin və arterial təzyiqə nəzarət etmək…
Türkiyə Superliqasının 10-cu turu çərçivəsində "Konyaspor" və "Qalatasaray" komandaları üz-üzə gəliblər. Konya şəhərindəki "Medaş Konya Böyükşəhər" stadionunda təşkil olunan qarşılaşma qonaqların 0:4 hesablı qələbəsi ilə…
Dəmir çatışmazlığı əvvəlcə heç bir əlamət göstərmədən irəliləyə bilər. Lakin dəmir ehtiyatları azaldıqca bədəndə müxtəlif dəyişikliklər yaranır. Daimi yorğunluq, başgicəllənmə, saç tökülməsi və diqqəti cəmləməkdə…
ABŞ-nin Tennessi ştatında ölüm hökmünə məhkum edilmiş Krista Payk həbsxanada ona iki dəfə ölümcül inyeksiya vurulmasına baxmayaraq, sağ qalmasından sonra ilk dəfə ictimaiyyətə açıqlama verib.
Возглавляемая Саудовской Аравией коалиция заявила, что 30 октября в регионе Мекки был перехвачен и уничтожен запущенный хуситами беспилотный летательный аппарат. Как передает Day.Az, информацию об этом распространил…
Luis Enrike PSJ-nin baş məşqçisi kimi qazandığı qələbələrin sayına görə yeni rekorda imza atıb. Bu gün qapıçı Matvey Safonovun çıxış etdiyi Paris təmsilçisi Fransa Liqa 1-in 9-cu turunda…
Türkiyə keçmiş xarici işlər naziri, hazırda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi vəzifəsini icra edən səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi…
"Milan" futbolçusu, ABŞ millisinin üzvü Kristian Pulişiçlə yeni müqavilə imzalayıb. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Yeni sözləşməyə əsasən, 28 yaşlı futbolçu 2031-ci ilin yayına qədər A seriyası…
Uruqvayda keçirilən hərbi təlimlər zamanı üç hərbçi boğularaq ölüb, daha bir hərbçi isə xilas edilib. Bu barədə ölkənin Quru Qoşunlarının komandanlığı məlumat yayıb. Bildirilib ki, hazırda araşdırılan texniki səbəblərdən…
Bakı, 31 oktyabr, AZƏRTAC “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi Zəfərin altıncı ildönümünə həsr olunub və əvvəlki illərdə təşkil etdiyimiz silsilə tədbirlərin davamıdır. Ötən il Azərbaycan ənənəvi silahlarına həsr…
Oktyabrın 30-da Heydər Əliyev Mərkəzində “Bakıya uçuş
"Neuralink" şirkəti görmə qabiliyyətini tamamilə itirmiş şəxslərə yenidən görmək imkanı qazandırmağı hədəfləyən "Blindsight" adlı yeni layihəsini ictimaiyyətə təqdim edib.
Премьер-министр Польши Дональд Туск поддержал госпереворот в стране. Как передает Day.Az со ссылкой на Lenta.ru, об этом он написал на своей странице в соцсети Х. Он назвал происходящие в республике столкновения…
Правительство Польши стягивает полицию со всей страны в Варшаву, чтобы "завершить нападение" на Конституционный суд. Как передает Day.Az со ссылкой на Lenta.ru, об этом в X заявил депутат Европарламента от консервативной…
Astrologiyaya görə, noyabr ayında bəzi bürclərin həyatında maliyyə baxımından əhəmiyyətli dönüş yaşana bilər. Əsasən də beş bürc üçün maddi bolluq, yeni imkanlar və uğurlu dəyişikliklər proqnozlaşdırılır.
Oktyabrın 30-da Baş nazir Əli Əsədov və Baş nazir İrakli Kobaxidze Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən, “PASHA Real Estate Group” tərəfindən inşa edilmiş 5…
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi “National Geographic” tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlərinin gündəlik vərdişləri…
Region ölkələrinin mehriban qonşuluğu, əməkdaşlığı və birgə fəaliyyəti Azərbaycanın xarici siyasətinin əsaslarından biridir. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət…
Сегодня Премьер-министр Али Асадов и Премьер-министр Ираклий Кобахидзе приняли участие в открытии построенного PASHA Real Estate Group 5-звездочного отеля ART Riverfront Hotel Tbilisi, расположенного на берегу Куры в…
Bu gün Baş nazir Əli Əsədov və Baş nazir İrakli Kobaxidze Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən, "PASHA Real Estate Group" tərəfindən inşa edilmiş 5 ulduzlu "ART Riverfront Hotel Tbilisi"nin…
Heydər Əliyev Mərkəzində "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalının rəsmi açılışı olub. Festivalın açılışında Heydər Əliyev Fondunun…
Alma gündəlik qidalanmada tez-tez istifadə edilən və orqanizm üçün faydalı meyvələrdən biridir. Tərkibindəki lif, vitaminlər və antioksidantlar həzm sisteminin fəaliyyətinə, ürək sağlamlığına və ümumi immun müdafiəyə…
Britni Spirsin keçmiş həyat yoldaşı Kevin Federlayn aliment ödənişləri kəsildikdən sonra banka olan 117 min dollarlıq kredit borcunu ödəyə bilmədiyi üçün məhkəməlik olub. Məşhur rəqqasın maliyyə problemləri barədə…
Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq. TASS-a istinadən, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısının ilk gününün yekunlarına dair…
Oktyabrın 30-da Heydər Əliyev Mərkəzində "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalının rəsmi açılışı olub.
30 октября в Центре Гейдара Алиева состоялось официальное открытие фестиваля "Полет в Баку. Арт-уикенд. Почувствуй будущее СЕЙЧАС" (Fly to Baku. Art Weekend. Sense the Future NOW).
ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 500 ədəd PAC-3 raketinin və əlaqəli avadanlıqların 2,1 milyard dollar dəyərində satışını təsdiqləyib. Bu barədə ABŞ Dövlət Departamenti və Pentaqonun…
Oktyabrın 30-da Heydər Əliyev Mərkəzində “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalının rəsmi açılışı olub…