Türkdilli ölkələrlə ödənişlər rahat və ucuz olacaq - Taleh Kazımov

Türkdilli dövlətlərin Mərkəzi Bankları ilə peşəkar münasibətlərimiz var.

Ölkə.az-ın xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh deyib.

O bildirib ki, bigə çalışmaların faydası həmin ölkələr arasında ödənişlərin birbaşa edilməsi, ani ödənişlərin inteqrasiyası, QR standartlarının tanınmasıdır: “Həmçinin makroiqtisadi sahədə, fintek, startap sahəsində də birgə işlərimiz var”.

AMB sədrinin sözlərinə görə, əsas məqsəd təcrübənin paylaşılması, qısa zamanda ödəniş sistemlərinin inteqrasiya edilməsidir ki, türkdilli ölkələrlə ödənişlərin daha rahat və ucuz olması təşviq olunsun.