Dövlət satınalmalarında startaplara 20% qiymət güzəşti tətbiq olunacaq

Yeni qanunvericilik dəyişikliklərinə əsasən, dövlət satınalmalarında startaplara və texnopark rezidentlərinə 20 faizlik qiymət güzəşti tətbiq ediləcək.

Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov media brifinqində deyib.

Fərid Osmanov qeyd edib ki, qanunvericilik yenilikləri startapların bazara çıxış imkanlarının genişləndirilməsini, innovasiya fəaliyyətinin stimullaşdırılmasını və ölkənin rəqəmsal texnologiyalar mərkəzi kimi inkişafını dəstəkləyir.