AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət-yoxlama tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir.
Keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində və Xaçmaz rayonunda fəaliyyət göstərən qida və iaşə obyektlərində sanitariya-gigiyena, işçi masalarda sanitariya tələblərinin pozulması, saxlanc sahələrində uyğunsuzluqlar və digər nöqsanlar aşkarlanıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülərək, nöqsanlar aradan qaldırılanadək məhdudiyyətlər tətbiq edilib.