ABŞ Rusiyaya güzəştə getdi: Lavrovu müşayiət edən jurnalistlərə...

ABŞ Rusiyanın xarici işlər naziri Sergey Lavrovu G20 xarici işlər nazirlərinin görüşündə müşayiət edən jurnalistlərə ərazi məhdudiyyəti olmayan viza verib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd edək ki, sentyabrda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən tədbirləri zamanı Lavrovun jurnalist qrupuna daxil olan müxbirlərin vizalarında ərazi məhdudiyyəti tətbiq edilmişdi. Onlara Nyu-Yorkdakı BMT-nin mənzil-qərargahının yerləşdiyi ərazidən 25 mil (təxminən 40 kilometr) radiusdan kənara çıxmağa icazə verilmirdi.

Bu məhdudiyyət rusiyalı jurnalistlərin Vaşinqton da daxil olmaqla digər şəhərlərə səfər etməsinə və həmin ərazilərdə işləməsinə mane olurdu. Müxbirlərin ABŞ daxilində hərəkətinə dair bu cür məhdudiyyətlər 2023-cü ildən tətbiq edilirdi.

Sergey Lavrovun bu həftə ABŞ-a səfəri və G20 xarici işlər nazirlərinin oktyabrın 30–31-də Atlantada keçiriləcək görüşündə iştirakı gözlənilir.