"Korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələdədir və çox təqdirəlayiqdir ki, bu mübarizənin qanunvericilik bazası da daim təkmilləşir".
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu qanunun hazırlanması təsadüfi deyil: "Bu qanun ideyası üzərində uzun illərdir müzakirələr gedib. Çox təqdirəlayiqdir ki, dövlət quruculuğumuzun inkişafının indiki mərhələsində belə bir qanun təqdim olunub. Bu qanun beynəlxalq təcrübədə mövcuddur və onun müddəaları deyə bilərəm ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı digər qanunlara həm də uyğunluq təşkil edir. Amma qanun bir sıra spesifik məsələləri də tənzimləyir".