Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı

TƏBİB Ceyranbatandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

Trend-in sorğusuna cavab olaraq, qurumdan məlumat verilib ki, bu gün saat 15:50 radələrində Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən təcili yardım çağırışı qeydə alınıb.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

"Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub" - deyə əlavə edilib.

Qeyd edək ki, Ceyrabatan qəsəbə məktəbində şagirdlərin kütləvi zəhərlənmə hadisəsi baş verib.