Bakı, 29 oktyabr, AZƏRTAC Bank sektorunda dedollarlaşma prosesi davam edir. Son 12 ayda rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşması 3,3 faiz bəndi azalaraq 25,7 faizə düşüb.AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında deyib.T.Kazımov qeyd edib ki, qeyri-rezident fiziki şəxslər üzrə isə 5,7 faiz bəndi azalaraq 54,6 faizə enib. Foto - Xanlar Əlizadə