Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli üstələyib.
Bu barədə Mərkəzi Bankın Bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 9 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 759 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.3 faiz bəndi azalaraq 2026-cı ilin sentyabrında 25.7%-ə enib.
Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib. 9 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 33.4% artaraq 15.4 mlrd. ABŞ dollarına yüksəlib.