Çinin BYD şirkəti “Rolls-Royce Ghost” modelinə rəqib kimi hazırladığı lüks sedanı “Yangwang Altior”un ilk görüntülərini yayımlayıb.
Təxminən 300 min dollar qiymətində olan avtomobilin uzunluğu 5,5 metrdir.
Modelin dünya premyerasının noyabrın 5-i ətrafında Dubayda keçirilməsi planlaşdırılır.
Avtomobilin dörd elektrik mühərriki və hidravlik asqı sistemi ilə təchiz ediləcəyi gözlənilir.
Şirkət bu model vasitəsilə Yaxın Şərqin lüks avtomobil bazarında mövqeyini gücləndirməyi hədəfləyir. /Lent.az/