Gələn ildən Azərbaycanda tokenləşdirilmiş ödənişlər aparmaq mümkün olacaq

Yerli ödəniş alətinin sınaqları uğurlu nəticələnərsə, gələn ildən Azərbaycanda tokenləşdirilmiş ödənişlərin Ani Ödənişlər Sistemi vasitəsilə həyata keçirilməsi mümkün ola bilər.

Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasın dair mətbuat konfransında deyib.

T. Kazımov əlavə edib ki, Mərkəzi Bank “Mastercard” və “Visa” beynəlxalq ödəniş sistemləri ilə ölkə üzrə tariflərin azaldılması istiqamətində danışıqlar aparır:

“Düşünürəm ki, ilin sonuna qədər müəyyən irəliləyiş əldə edə biləcəyik. Son illərdə bu təşkilatların tariflərində əhəmiyyətli artımlar olub. Bankların xərclərinin artmasına təsir edən əsas amillərdən biri də məhz həmin təşkilatların qiymət siyasətidir”.