Şamaxıda avtomobil aşıb, xəsarət alanlar var

Şamaxıda avtomobil qəzası baş verib.

APA-ya istinadən, hadisə Göylər yolunda qeydə alınıb. Avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan iki sərnişin xəsarətlər alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.