Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Azərbaycanın beynəlxalq idman məkanında mövqelərinin daha da möhkəmləndirilməsi, ölkəmizin gənclər siyasətinin yeni nailiyyətlərlə zənginləşdirilməsi və idman diplomatiyasının inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü fəaliyyətinizin növbəti mühüm təzahürü olan FIFA U-15 Dünya Çempionatı və Festivalının Azərbaycanda keçirilməsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Bu mötəbər beynəlxalq tədbir Azərbaycanın təşkilatçılıq potensialının, dövlətimizin idmana verdiyi yüksək dəyərin və ölkəmizin beynəlxalq nüfuzunun növbəti təsdiqidir. Eyni zamanda, bu təşəbbüs müxtəlif ölkələrin gəncləri arasında dostluq, qarşılıqlı etimad və əməkdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verəcəkdir.

Möhtərəm cənab Prezident, Azərbaycanın tərəqqisi, dövlətimizin beynəlxalq nüfuzunun yüksəldilməsi və gənclərimizin daha parlaq gələcəyinin təmin olunması naminə həyata keçirdiyiniz çoxşaxəli fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

Dərin hörmət və ehtiramla,

Həzizadə Cavidan

Azərbaycan Respublikası, Zaqatala rayonu.