“TRİPP-də Azərbaycanın maraqları daha çox əks olunub”

“Biz TRIPP-in ratifikasiya layihəsinə qarşı səs verəcəyik”.

Bu iddia ilə Ermənistan parlamentinin deputatı Anna Qriqoryan çıxış edib.

Onun sözlərinə görə, bu, kağız üzərində ikitərəfli müqavilədir. “Yəni, onun tərəfləri Ermənistan və ABŞ-dır. Lakin mahiyyəti və məzmunu baxımından orada üçüncü tərəf, yəni Azərbaycanın şəxsində də var. Üstəlik, bu sənəddə Azərbaycanın maraqları Ermənistanın maraqlarından daha çox birbaşa əks olunub”.