Bakı, 29 oktyabr, AZƏRTAC "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.AZƏRTAC xəbər verir ki, Bakı klubu G qrupunun IV turunda Türkiyənin "Denizli Basket" kollektivi ilə qarşılaşıb və rəqibinə 94:86 hesabı ilə qalib gəlib.Komanda daha əvvəl Danimarkanın "Bakken Birs" (88:91), İsveçrənin "Lions de Geneve" (83:105) və Slovakiyanın "Prievidza" klubuna (84:108) məğlub olub.Digər təmsilçimiz "Neftçi" isə "Oradya"ya (Rumıniya) uduzub - 83:99.